Ru
13:42 / 10 Mart 2025

USAID proqramlarının 83%-i ləğv edildi

USAID proqramlarının 83%-i ləğv edildi
Eye

ABŞ Prezidenti Donald Trampın administrasiyası USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) proqramlarının 83 faizinin fəaliyyətini rəsmi olaraq dayandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Marko Rubio “X” hesabında paylaşıb.

“6 həftəlik yoxlamadan sonra USAID proqramlarının 83 faizinin fəaliyyətini rəsmən dayandırdıq. Hazırda ləğv edilən 5200 müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ maraqlarına uyğun olmayaraq, bəzən isə onun maraqlarına qarşı xərclənib”, - deyə Rubio qeyd edib.

Onun sözlərinə görə, qüvvədə qalan proqramların icrası isə ABŞ Dövlət departamentinə həvalə edilib.

Dövlət katibi, həmçinin paylaşımında amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOGE) sözügedən islahatı icra etməyə töhfə verdiyinə görə təşəkkür edib.

Xatırladaq ki, fevralın 26-da Tramp administrasiyası USAID müqavilələrinin 92 faizini ləğv etmək niyyətində olduğunu açıqlamışdı. Ümumilikdə isə, agentliyin fəaliyyəti fevralın 3-də dayandırılmışdı.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar