Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, prezident Vladimir Putin ABŞ prezidenti Donald Trampın Kursk vilayətində mühasirəyə alınmış Ukrayna qoşunlarının taleyi ilə bağlı müraciətinə cavab verib.
Bakupost.az xəbər verir ki, Uşakovun açıqlamasını TASS yayıb.
Onun sözlərinə görə, Kiyev silahı yerə qoyub təslim olmaq barədə əmr verərsə, Putin Ukrayna Silahlı Qüvvələri hərbçilərinin sağ qalmasına və onlara layiqli şərait yaradılmasına zəmanət verib.
“Gördüyünüz kimi, Rusiya prezidenti Vladimir Putin Donald Trampın Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinin işğalından sonra mühasirəyə düşmüş minlərlə ukraynalı əsgərlə bağlı çağırışına müsbət cavab verib. Amerika liderinin müraciəti dinlənilib. Bizim prezidentimiz Ukrayna hərbçilərinə həyat təminatı və hörmətli rəftar verib, bir şərtlə ki, Kiyev təslim olmaq əmrini versin”, - deyə Uşakov izah edib.
O vurğulayıb ki, bu şərtlərin yerinə yetirilməsi yalnız Ukrayna tərəfinin qərarından asılıdır.
Zaur,BakuPost