Ru
21:47 / 07 Oktyabr 2024

Uşakov: Qərb Cənubi Qafqaza “daxil olmağa” çalışır

610
ABŞ və Qərb dövlətləri artıq Rusiya Federasiyasının fəal iştirakı ilə hazırlanmış nizamlanma prosesində iştirak etmək bəhanəsi ilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışırlar.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov keçirdiyi brifinqdə bildirib.

"ABŞ və bir sıra digər Qərb ölkələri (Azərbaycan və Ermənistan arasında) sülh müqaviləsi üzərində işləmək prosesinə qoşulmağa çalışırlar. Biz hesab edirik ki, bütün çətin işlər Moskvada həll olunub və indi qərblilər sadəcə olaraq danışıqlar prosesinə qoşulmaq və bununla da regional işlərə və regionun özünə qarışmaq istəyirlər", - o deyib.

"Baxmayaraq ki, yumşaq desək, hətta (Ermənistan və Azərbaycan arasında) ikitərəfli danışıqlarda iştirak edənlərin heç də hamısı Qərbin bu rolunu və danışıqlar prosesinə qoşulmaq cəhdlərini alqışlamır.

Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti də birmənalı qarşılanmır", - diplomat əlavə edib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar