Ru
11:12 / 12 Dekabr 2024

Uşaq anasını sevgilisinin tapançası ilə öldürdü - DETALLAR

Uşaq anasını sevgilisinin tapançası ilə öldürdü - DETALLAR
Eye


ABŞ-ış Kaliforniya ştatında iki yaşlı uşaq təsadüfən anasına onun sevgilisinə məxsus tapançadan atəş açıb.

Bakupost.az xəbər verir ki, bu barədə Daily Mirror məlumat yayıb.

Hadisə zamanı 22 yaşlı ana yataqda uzanarkən oğlu sevgilisinə məxsus tapançanı tapıb və onunla oynamağa başlayıb. Bir anda tapançadan atəş açaraq anasını vurub. Hadisə yerinə gələn tibbi yardım işçiləri qadını xilas edə bilməyib.

Polisin məlumatına görə, 18 yaşlı gənc silahı uşağ üçün əlçatan bir yerə qoyub. Buna görə də o, həbs olunub. Məlum olub ki, gənc daha əvvəllər məsuliyyətə cəlb olunmayıb. O, silahı qeydiyyatdan keçirməyib, buna görə də ekspertlər həmin şəxsin onu aldığı, yoxsa oğurladığını bilmirlər.

Qadının yaxınlarının sözlərinə görə, mərhum sevgilisindən silahı evə gətirməməyi xahiş etsə də, o, bu tələbi qulaqardına vurub. Günahı sübut olunsa, gənci altı ilə qədər həbs cəzası gözləyir. Qızın iki övladı var idi və onlar nənə-babalarına təhvil verilib.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar