"Doğulan uşaqların 15 faizi nikahdankənar doğulur. Doğulan uşaqların cins nisbətində ciddi problem var".
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.