Ru
21:57 / 01 Noyabr 2024

ÜST dünya miqyasında rekord vərəmə yoluxma haqda məlumat yaydı

ÜST dünya miqyasında rekord vərəmə yoluxma haqda məlumat yaydı
1263

2023-cü ildə dünyada 8,2 milyon insana yeni vərəm diaqnozu qoyulub ki, bu da ÜST tərəfindən indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, diaqnoz qoyulan xəstələrin əksəriyyəti Cənub-Şərqi Asiya, Afrika və Qərbi Sakit Okean regionunda yaşayır.

Dünyada hər üç vərəmə yoluxma halından ikisi bu səkkiz ölkənin payına düşür: Hindistan, İndoneziya, Çin, Filippin, Pakistan, Nigeriya, Banqladeş və Konqo Demokratik Respublikası.

Vərəm əleyhinə dərmanlara dözümlülüyünə görə ən çox yoluxma halı Rusiyada, eləcə də Şərqi Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində qeydə alınıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar