Ru
15:17 / 13 Sentyabr 2024

ÜST meymunçiçəyi virusuna qarşı ilk peyvəndi təsdiqlədi

1452
Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusuna qarşı ilk peyvəndi təsdiqləyib.

Bakupost.az xəbər verir ki, Bavarian Nordic tərəfindən istehsal edilən "MVA-BN" peyvəndinin ÜST-nin meymunçiçəyi virusuna qarşı qabaqcadan seçilmiş peyvənd siyahısına əlavə edildiyi bildirilib.

Bildirilir ki, peyvənd 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 dozada tətbiq oluna bilər.

Açıqlamada MVA-BN-nin hazırda 18 yaşdan kiçiklər üçün lisenziyası olmadığı, peyvəndin körpələrdə, uşaqlarda, yeniyetmələrdə, hamilə qadınlarda və immun sistemi zəif olan insanlarda “etiketdən kənar” istifadə oluna biləcəyi vurğulanıb.




Məsələni sosial media platforması X-də paylaşan ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus, bunun həm Afrikadakı mövcud epidemiyalarla, həm də gələcəkdə xəstəliklə mübarizədə mühüm addım olduğunu bildirib.




Qeyd edək ki, monkeypox virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül formada keçir və bir neçə həftə ərzində sağalır.

ÜST 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlara görə "meymun çiçəyi" adını "mpox" olaraq dəyişdirib.

Meymunçiçəyi virusu avqustun 14-də ÜST tərəfindən "ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət" elan edilib.


Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar