Ru
18:32 / 12 Mart 2025

ÜST-nin Baş direktoru Bakıya gəlir

ÜST-nin Baş direktoru Bakıya gəlir
Eye

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus 12-13 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfər edəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ÜST-nin Azərbaycan nümayəndəliyindən xəbər verilib.

Bildirilib ki, Dr. Tedros açılış mərasimində qlobal səhiyyə problemləri və beynəlxalq əməkdaşlığın vacibliyi ilə bağlı çıxış edəcək.

Martın 13-də o, Çoxqütblü Dünyada Multilateralizmin Yenidən Düşünülməsi mövzusunda keçiriləcək yüksək səviyyəli panel müzakirəsinə qatılaraq qlobal səhiyyə idarəçiliyi ilə bağlı öz fikirlərini iştirakçılarla paylaşacaq.

Səfər çərçivəsində Dr. Tedrosun hökumət rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirməsi də gözlənilir. Bu görüşlərdə ÜST-nin Azərbaycanda səhiyyə inkişafı və gücləndirməndirilməsi istiqamətində mümkün əməkdaşlıq yolları ilə bağlı fikir mübadiləsi aparılacaq.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar