Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:05 / 26 Sentyabr 2019

Uzun müddət tox tutan qidalar - Siyahı

106540

Əgər gün ərzində aclıq sənə güc gəlirsə, çəkin artırsa və sən ac qalmadan arıqlamaq istəyirsənsə, gün ərzində bu qidaları seç.
Alimlər tərkibindəki maddələri aclıq hormonlarını kəsən, toxluq hissi yaradan qidaları ayırıb.

BakuPost.az onları təqdim edir.

1.Moruq

Həm təzəsi, həm dondurulmuşu aclıq hissini söndürür. Bir stəkan moruqda 80 kkal enerji var. Kaliy və C vitamini ilə zəngindir. Həm sağlamlıqdır, həm kalori çoxaltmır, həm də toxluq yaradır.

2.Dəniz yosunu

Zülalla və liflə zəngindir. Yapon alimləri onda fukoksantin adlı çəkini azaldan maddə tapıblar. Əgər arıqlamaq istəyənlərin qidasına bir qədər dəniz yosunu əlavə olunsa, 10% çəki itirəcəklər. Dəniz yosunu marketlərdə var.

3.Fıstıq

Yeməkarası atışdırmaq üçün əla seçimdir. Xüsusən qabıqlı fistıq. Arada 50 qr fıstıq yemək sizi tox tutacaq, yemək istəməyəcəksiz.

4.Paxlalar – noxud, mərci, lobya

Asta həll olan karbohidrat və zülalla zəngindir. Aclıq hissinə ikiqat zərbə vurur. Piylənmədən əziyyət çəkənlər menyusunu paxlalılarla zənginləşdirsinlər. Qanda xolerterolu da salır. Lobya salatı, mərci şorbası günorta yesəniz, axşama acımayacaqsız.

5.Yumurta

Konkret olaraq araşdırmalar göstərib ki, səhər yumurta və ya yumurtadan yemək yeyənlər gün ərzində 435 kkal az qida qəbul edir və tox qalır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar