Ru
13:57 / 03 Mart 2025

Vahid Mustafayevin mağazasından 300 minlik saat oğurlayan çinlilər məhkəmə qarşısında

Vahid Mustafayevin mağazasından 300 minlik saat oğurlayan çinlilər məhkəmə qarşısında
Eye

Bakının Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasından oğurluqda ittiham olunan Zhang Guomin və Liu Bo-nun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi illə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra hakimlər təqsirləndirilənlərə hüquq və vəzifələrini izah ediblər. Onlar tərcüməçi ilə təmin olunublar.

Məhkəmə baxışı martın 12-ə təyin edilib.

İttihama görə, onlar Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasından 330 min manat dəyərində olan " Breguet" markalı qol saatını gizli yolla oğurlayıblar.

Zhang Guomin və Liu Bo Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunurlar.

Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, "VMF Continental" mağazası ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevə məxsusdur

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar