Ru
17:29 / 11 Oktyabr 2024

Valideynlərini öldürüb, 4 il cəsədləri ilə yaşadı

551

Valideynlərini öldürən və 4 il onların cəsədləri ilə yaşayan britaniyalı qadını ömürlük həbs gözləyir.

Bakupost xəbər verir ki, hadisənin təfərrüatlarını "Daily Mail" nəşri yayıb.

Məlumatlara görə, 36 yaşlı Virciniya Makkallou 70 yaşlı atası Con Makkalloya öldürücü dozada yuxu dərmanı verərək zəhərləyib. Baş verənləri 71 yaşlı anası Luiz Makkalodan gizlətmək üçün onu çəkiclə vurub, sonra isə 8 bıçaq zərbəsi endirib.

Bundan sonra Virciniya valideynlərinin çürümüş cəsədləri ilə evdə yaşamağa davam edib. Qadın qohumlarına və digər maraqlanan şəxslərə valideynlərinin özlərini yaxşı hiss etmədiyini, evdən çölə çıxmadıqlarını deyib. O, həmçinin valideynlərinin yoxluğunu izah etmək üçün tətil və ya işgüzar səyahətə yalanlarından istifadə edib.

Dörd il ərzində Virciniya valideynlərinin kredit kartlarından və bank hesablarından təxminən 150.000 funt sterlinq xərcləyib. Üstəlik, onun 20 mindən çoxunu qumara sərf edib. O, anasının cəsədini şkafda gizlədib.

Cavidan, BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar