Ru
17:01 / 15 Aprel 2025

Valyuta hərracları inzibati qərarlarla idarə olunur - İqtisadçı

Valyuta hərracları inzibati qərarlarla idarə olunur - İqtisadçı
Eye

“Dünya iqtisadiyyatında dalğalı dövr yaşanır, neftin qiyməti düşür, manatın gələcəyi ilə bağlı suallar yaranır. Belə vəziyyətdə hökumət, Mərkəzi Bank əhali və bizneslə daha çox kommunikasiya qurmalı, bazara yaxşı mənada “sözlü müdaxilələr” etməli, əhali və biznesi sakitləşdirməyə çalışmalıdır. Bunun əksinə olaraq hökumət və Mərkəzi Bank artıq 2 aya yaxındır ki, həftəlik formal valyuta hərracları ilə bağlı məlumatları elan etmir. Bu da ajiotajı, neqativ gözləntiləri artırır”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O vurğulayıb ki, qərarın məntiqini anlamaq çətindir, amma ziyanı açıq-aşkar görünür:

“Həftədə 2 dəfə tam formal olan, amma nə hikmətdirsə, adına “hərrac” deyilən valyuta satışının həcmi ilə bağlı məlumat şəffaf olmalıdır. Əhali və biznes tələb-təkliflə bağlı dinamikanı görməli, buna görə öz işini planlaşdırmalıdır. Zatən bizdə təyin olunan məzənnə rejimidir, hərrac formaldır, proses bazar qaydaları ilə deyil də, inzibati qərarlarla idarə olunur, o zaman həftəlik rəqəmlər niyə açıqlanmır ki?”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar