Ru
14:43 / 27 Sentyabr 2023

Vardanyan Laçın postunda saxlanıldı - Bakıya gətirildi - Yenilənib

Vardanyan Laçın postunda saxlanıldı - Bakıya gətirildi -  Yenilənib
10761

Separatçıların keçmiş "dövlət naziri", erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən həbs edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Politik.am saytı öz mənbələrinə istinadən xəbər yayıb.

***
13:54

CivilNet-ə açıqlamasında Vardanyanın həyat yoldaşı Veronika Zonabend əri ilə əlaqənin kəsildiyini, onun həbs xəbərini Azərbaycan mətbuatında gördüyünü deyib. O, başqa təfərrüatları açıqlamayıb.


***
14:43

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Bu barədə Bakupost.az -a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.




Zaur
BakuPost

Şərhlər
  • Çinarə Atayeva

    Bu erməni saytının adı xoşuma gəldi.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar