Ru
17:13 / 12 Mart 2025

"Vashinqton Post"un daha bir redaktoru istefa verdi

"Vashinqton Post"un daha bir redaktoru istefa verdi
Eye

Amerikanın "Vashinqton Post" (WP) qəzetinin yazarı və redaktoru Ruth Markus, qəzetin sahibi Jeff Bezosu tənqid edən yazısının dərc edilməməsi üzündən vəzifəsindən istefa veib.

Bakupost.az xəbər verir ki, bu barədə "Habertürk" bildirib.

"Nyu York Tayms" qəzetinin xəbərinə görə, Markus istefasını iş yoldaşlarına göndərdiyi elektron poçtla bildirib.

Qəzetdə çalışdığı 40 ildən artıq müddətdən sonra istefa qərarını "böyük kədərlə" verdiyini qeyd edən Markus bunu Bezosun qəzetin fikir bölməsi ilə bağlı etdiyi dəyişiklikləri tənqid edən yazısının ona xəbər verilmədən yayımlanmaması nəticəsində verdiyini bildirib.

Markus "Qəzetin naşırı Will Lewis'in Jeff'in bu qərarına hörmət olaraq, mənim əks fikirlərlə yazdığım köşə yazısını dərc etməmə qərarı, köşə yazarlarının işləmək istədikləri mövzuları seçmək və düşündüklərini söyləmək ilə bağlı ənənəvi azadlıqların təhlükəli şəkildə aşındığını göstərir" ifadəsini işlədib.

Digər tərəfdən, "Vashinqton Post" sözçüsü Olivia Petersen verdiyi açıqlamada qəzetin "Markusun mühüm töhfələri üçün minnətdar olduğunu" bildirib:

"Ayrılma qərarına hörmətlə yanaşırıq və ona ən yaxşı diləklərimizi göndəririk".

Bezos 27 fevralda bundan sonra qəzetin fikir bölməsində şəxsi azadlıqlar və sərbəst bazarlarla bağlı yazılara yer veriləcəyini, bu iki mövzuya uyğun olmayan fikirlərin artıq edilməyəcəyini açıqlamışdı.

Aldığı qərardan sonra qəzetin redaktoru David ŞipleyİN işdən ayrıldığını bildirən Bezos bu qərara hörmətlə yanaşdığını vurğulayaraq, "Bu, əhəmiyyətli bir dəyişiklikdir, asan olmayacaq və 100% qərarlılıq tələb edəcək" ifadəsini istifadə etmişdi.

Elmina Qasımova, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar