Ru
12:06 / 22 Aprel 2025

Vatikan Papa Fransisklə vida mərasiminə başladı

Vatikan Papa Fransisklə vida mərasiminə başladı
Eye

Dünən vəfat edən Roma Papası Fransisklə vida mərasimi keçirilir.


Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasim Papanın Vatikandakı iqamətgahında təşkil edilib.


Hələ ki Papa Fransisklə vida mərasimində Vatikan əməkdaşları, onun köməkçiləri və ona xidmət edən personal iştirak edir.

Sabah isə pontifikin tabutu ictimai vida mərasimi üçün Müqəddəs Pyotr bazilikasına aparılacaq. Sözügedən mərasim isə üç gün davam edəcək.

Qeyd edək ki, Papanın dəfn tarixini kardinallar təyin edəcək. İlkin ehtimala görə, pontifik aprelin 26-da dəfn olunacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar