"WhatsApp" təhlükəli mesajlardan qorumaq üçün yeni funksiya üzərində işləyir.
Bakupost.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu yenilik "WhatsApp"ın Android üçün 2.24.17.24 beta versiyasında aşkar edilib.
Yenilik istifadəçilərə naməlum insanlardan gələn mesajları avtomatik bloklamaq imkanı verir. Bu, istifadəçiləri spam, fişinq və zərərli proqram təminatı ilə yoluxma riskindən qorumağa kömək edəcək.
Daha dəqiq desək, hazırda "WhatsApp" şübhəli mesajları, həmçinin kütləvi göndərişləri aşkar etmək və filtrasiya etmək üçün avtomatlaşdırılmış alətlərdən istifadə edir. Amma yeni funksiyanın köməyi ilə istifadəçilərə əlavə qorunma imkanı və naməlum hesablardan gələn mesajları preventiv şəkildə bloklamaq imkan yaradacaq.
Yeni funksiyasının nə vaxt istifadəçilər üçün əlçatan olacağı hələlik bəlli deyil.