Ru
12:19 / 23 Sentyabr 2024

Vəbadan ölənlərin sayı 388-ə çatdı

449
Sudanda vəba epidemiyası nəticəsində ölənlərin sayı 388-ə çatıb.

Bakupost.az xəbər verir ki, Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada vəba epidemiyasının ölkədəki 18 əyalətdən 10-da yayıldığı paylaşılıb.

Açıqlamada, ümumi yoluxma sayının 12 min 896-ya yüksəldiyi, vəba səbəbiylə həyatını itirənlərin sayının isə 388-ə çatdığı bildirilib.

Qeyd edək ki, Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar