Ru
13:34 / 13 Fevral 2025

Velosiped yolu ilə gedən maşının sürücüsü cəzalandırıldı

Velosiped yolu ilə gedən maşının sürücüsü cəzalandırıldı
817

Sosial şəbəkələrdə paytaxtın mərkəzində 10 NY 090 dövlət qeydiyyat nişanlı avtomobilin qaydaları pozmasını əks etdirən görüntülər yayılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntüdən “Mercedes” markalı avtomobilin sürücüsünün velosiped zolağına daxil olaraq növbəti yol kəsişməsinədək həmin hissə ilə hərəkət etməsi məlum olur.

Görüntülər velosipedçilərin, xüsusilə də urbanistlərin narazılığına səbəb olub. Onlar bu kimi əməllərə yol vermiş şəxslərə qarşı sərt tədbirlərin görülməsininin vacibliyini bildiriblər.

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, velosiped yolunda hərəkət edən avtomobilin sürücünün kimliyi müəyyənləşdirilib: “Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib”.

Qeyd edək ki, 327.1-2-ci maddə 100 manat cərimə və 2 cərimə balını nəzərdə tutur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar