Ru
17:05 / 22 Aprel 2025

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO
Eye

İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsənov Toğrul Nizaməddin oğlu ölümcül xəstəlikdən vəfat edib.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü T.Həsənov Ucar rayonunun Təzə Şilyan kəndində dəfn olunub.

Ailəsinin verdiyi məlumata görə, o, müharibənin gedişatında yaralanıb, sağaldıqdan sonra yenidən aktiv döyüşlərə qatılıb. Vətən müharibəsi iştirakçısına "Müharibə veteranı" adı verilsə də, ona yaralandığına görə qazilik təyin edilməyib.

Həmçinin bildirilib ki, müharibədən sonra aldığı travmalara görə öz hesablarına Türkiyədə müalicəyə göndərilib. Lakin son bir ildə xərçəng xəstəliyinə tutulub. T.Həsənov elə bu səbəbdən dünyasını dəyişib.

Toğrul ailənin yeganə oğlu olub. Ailəlidir, 2 azyaşlı övladı var.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar