Ru
12:11 / 05 Dekabr 2024

“Vətəndaş A”nın dronunun vurulması xəbərinə DSX-dan REAKSİYA

“Vətəndaş A”nın dronunun vurulması xəbərinə DSX-dan REAKSİYA
Eye

Xəbər verdiyimiz kimi, İctimai TV-də yayımlanan “Vətəndaş A” serialının rejissoru açıqlamasında Daşkəsən rayonunda aparılan çəkilişlər zamanı istifadə etdikləri dronun Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən vurulduğunu deyib.

Məsələ ilə bağlı “Qafqazinfo”nun müraciətinə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən cavab olaraq bildirilib ki, “Vətəndaş A” serialının çəkilişi zamanı istifadə olunan dronun sərhədçilər tərəfindən vurulması həqiqəti əks etdirmir.

Xatırladaq ki, rejissor Elvin Rüstəmzadə dronun havaya qaldırılması üçün icazə alınmadığı səbəbindən vurulduğunu deyib. Serialın prodüseri Sevinc Əliyeva isə dünənki açıqlamasında çəkilişlər zamanı heç bir dronun Dövlət Sərhəd Xidməti tərəfindən vurulmadığını bildirib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar