Ru
14:17 / 01 Aprel 2025

Vətəndaşın evini uçuran “Melissa Group”da satış dayandırıldı

Vətəndaşın evini uçuran “Melissa Group”da satış dayandırıldı
Eye

“Melissa Group” tikinti şirkətinin Bakının Alatava yaşayış massivində vətəndaşın evini uçurması ötən həftəyə damğasına vurdu. Böyük ictimai narazılıq yaradan bu hadisə hələ də müzakirə edilir.

Öncə şirkətin iş icraçısı və ekskavatorçusu saxlanıldı. Ardından qurumun rəhbəri Qalib Məmmədov həbs edildi. Onun barəsində məhkəmənin hökmü ilə 1 ay həbs qətimkan tədbiri seçilib.

Hazırda sözügedən şirkətin fəaliyyət göstərirmi? Tikinti, satış işləri davam edirmi?

Bakupost.az xəbər verir ki, Globalinfo.az “Melissa Group” tikinti şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, tikinti işləri davam edir:

“Hazırda evlərin satış prosesi dayandırılıb. Lakin tikinti davam edir”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar