Ru
21:09 / 03 İyul 2024

"Hamı eksperimentdən bezib" - Ekspertdən dövlət qurumu ilə bağlı sərt açıqlama

2532
İyulun 1-dən hərbi xidmətə çağırışla bağlı qüvvəyə minən yeni qaydalara görə, çağırışçılarla bağlı yekun tibbi müayinəyə dair qərarı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi verəcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sözçüsü Pərviz Sədrəddinov deyib ki, 35 yaşı tamam olmayan və əvvəlki illərdə hərbi xidmətə yararsız olmaları barədə qərar qəbul edilən və möhlət hüququ bitən vətəndaşlar, yekun qərarın verilməsi üçün altsistem vasitəsilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndiriləcəklər. Müayinənin nəticəsindən sonra vətəndaşın yararlı olması təsdiq edilərsə, o, hərbi xidmətə göndəriləcək.




Bakupost.az -a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bu dəyişikliklərə normal yanaşdığını, lakin bu cür eksperimentlərin insanlarımızı yorduğunu bildirib.

“Tutaq ki, şəxsin möhlət hüququ bitib, yaşı 35-ə yaxınlaşırsa və yenidən həkim komissiyasından keçəndə ona hərbi xidmətə yararlıdır rəyi verilərsə, bu o qədər də arzuolunan deyil. Çünki indiyə qədər həmin insanlar ordudan möhlət hüququ alıblar”, - Ü.Cəfərov deyib.

Hərbi ekspert bu sahədə neqativ halların olduğunu da bildirib:

“Maraqlar çərçivəsində müayinələrin saxtalaşdırılması və rəylərin verilməsi halları olub. Amma istənilən halda yaxşılığa, mütərəqqiyə doğru gedən halların obyektiv olmasını istəyərdim. Yəni bu obyektivlik olsa, insanlarımız da bundan razı qalırlar. Amma təəssüflər olsun ki, bəzi hallarda peşəkar yanaşma olmur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xeyli eksperimentlərinin şahidi olmuşuq. Gah İsveçrə, gah da başqa ölkənin modeli tətbiq olunub. Amma bu günə qədər insanlar narazılıq edirlər. Ona görə də buna bizim öz yanaşmamız olmalıdır”.

Ü.CəfərovSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin özünün də müəyyən nöqsan və çatışmazlıqlarının olduğunu bildirib:

“Onlar çatışmazlığa görə mövqelərini itirdilər. İndi onların dövlət qurumu olaraq görməli olduğu işi başqa dövlət qurumu həyata keçirir. Hesab edirəm ki, bir müddət sonra buna obyektiv qiymət vermək olar”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər