Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına verilən təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Jurnalistlərə açıqlamasında nazir deyibki, hazırda sosial paket müzakirə mərhələsindədir.
"Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”.
Hərbi ekspert Ədalət Verdiyev də soaial şəbəkədə “Müharibə veteranlarına verilən aylıq təqaüdün artırılması müzakirə olunur”, - deyə qeyd paylaşıb.
Xatırladaq ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sayı barədə tez-tez müxtəlif rəqəmlər söylənilir.Qarabağ müharibəsində əlillik qazanmış qazilərin və veteranların sayını dəqiqləşdirib.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz rəsmi məlumatda bildirilib ki, 2023-cü il oktyabrın 1-i vəziyyətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 14682 nəfərdir. Hazırda qazilərin orta aylıq təqaüdü 383,29 manat təşkil edir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 184.094 nəfər isə rəsmi olaraq “Müharibə veteranı” statusu daşıyır.
Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir.
Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.