Ru
15:51 / 04 Mart 2025

"Veysəloğlu" ilə Bakı Ali Neft Məktəbi arasında memorandum imzalanıb - FOTO

"Veysəloğlu" ilə Bakı Ali Neft Məktəbi arasında memorandum imzalanıb - FOTO
Eye

Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) təsisçisi və Baş direktoru Aydın Talıbov və onu müşayiət edən şirkətin rəhbərliyində təmsil olunan şəxslər Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olublar.


Bakupost.az xəbər verir ki, "Veysəloğlu" nümayəndələrini təhsil ocağının rektoru Elmar Qasımov qarşılayıb və onları universitetdə olan infrastrukturla ətraflı tanış edib. Neft Məktəbində baş tutan infoturda “Veysəloğlu” rəhbərliyi tələbələr üçün yaradılan şəraitlə tanış olub: auditoriyalar, yeməkxana, idman zalları və tələbə yataqxanasına baxış keçirilib.


Ardınca “Veysəloğlu” rəhbərliyinin təmsilçiləri ilə təhsil ocağının professor və müəllim heyəti arasında görüş olub, ətraflı fikir mübadiləsi aparılıb. Qərara gəlinib ki, gələcəkdə təhsil ocağı ilə “Veysəloğlu” arasındakı münasibətlər genişləndirilsin və bir sıra istiqamətlər üzrə əməkdaşlıqlar edilsin.

Bundan sonra, Ali Neft Məktəbinin “Senat” zalında SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi baş tutub. Memorandumu VŞQ-nin təsisçisi Aydın Talıbov, BANM tərəfindən isə rektor Elmar Qasımov imzalayıb.

İmzalanma mərasiminin ardınca, elə həmin zalda Aydın Talıbovla ali təhsil ocağının tələbələri arasında səmimi söhbət olub, tanınmış iş adamı tələbələrin suallarını cavablandırıb. Tələbələrin ünvanladığı bəzi sahəvi suallara isə “Veysəloğlu” Qrupuna aid olan şirkətlərin rəhbərləri tərəfindən ətraflı izah verilib. Tədbirin sonunda xatirə şəkili çəkdirilib.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar