Ru
15:24 / 19 Dekabr 2024

Vəzifəli şəxs HƏBS OLUNDU

Vəzifəli şəxs HƏBS OLUNDU
Eye

Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri Rafiq Hacıyev həbs edilib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hacıyev vəzifə səlahiyyətləridən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda təqsirli bilinib.

Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda idi. Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılıb.

Hökmə əsasən, R.Hacıyev 8 il 3 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rafiq Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar