Ru
18:26 / 04 Noyabr 2024

“Vəzifəmi tərk etməməliydim” - Tramp 2020-ci il seçkiləri haqda

“Vəzifəmi tərk etməməliydim” - Tramp 2020-ci il seçkiləri haqda
Eye

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp 2020-ci il prezident seçkilərində uduzduğu zaman “vəzifəsini tərk etməməli olduğunu” açıqlayıb.

Bakupost.az "Nyu York Tayms"a istinadən xəbər verir ki, Tramp bu barədə Pensilvanyada keçirilən seçki mitinqində danışıb.

O, 2020-ci ildə rəqibi Co Baydenə uduzduğu prezident seçkisində qalib gəldiyini iddia edib və “Ağ Evi tərk etməməli olduğunu” deyib.

Prezidentliyi dövründə ölkədə sərhəd təhlükəsizliyinin ən yüksək səviyyədə olduğunu vurğulayan Tramp, “Mən vəzifədən getməməliydim, çox yaxşı işlər gördük” deyə əlavə edib.

Keçmiş prezident ona səs verməyən bəzi insanları tənqid edib, sorğuların etibarlılığına inanmadığını bildirib. Tramp deyib ki, noyabrın 5-də keçiriləcək prezident seçkilərində uduzsa, "demokratların cığallıq etməsi" yeganə ağlabatan izahat ola bilər.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar