Ru
17:54 / 14 Aprel 2025

Vəzifəyə gedənlər, inzivaya çəkilənlər...- Geri çağırılan səfirlər haradadır?

Vəzifəyə gedənlər, inzivaya çəkilənlər...- Geri çağırılan səfirlər haradadır?
Eye

Son illərdə Azərbaycanın diplomatik korpusunda bir sıra səfirlərin geri çağırılması müşahidə olunub. Bu dəyişikliklər müxtəlif səbəblərlə əlaqələndirilir.

Vəzifədən azad olduqdan sonra eyni status altında başqa ölkədə xidmət edən diplomatlar da var, ümumiyyətlə ictimai mühitdən uzaqlaşan, inzivaya çəkilənlər də...


Bakupost.az xəbər verir ki, Sfera.az son 5 ildə vəzifədən geri çağırılan səfirlər barədə araşdırma hazırlayıb:

Rasim Rzayev - İordaniya
Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən 12 fevral 2021-ci il tarixində geri çağırılıb. Bu qərar, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndinə əsasən (Bu bəndə əsasən, Prezident Azərbaycan Respublikasının xarici siyasətini idarə edərkən, diplomatik nümayəndəliklərin rəhbərlərini təyin etmə və onları vəzifələrindən azad etmə hüququna malikdir - red.) qəbul edilib. Səfirin geri çağırılması ilə bağlı rəsmi məlumatda onun yeni təyinatı və ya cari fəaliyyəti barədə əlavə məlumat verilməyib.


Bünyad Hüseynov - İran
2021-ci ildə Bünyad Səməd oğlu Hüseynov İran islam Respublikasında səfir və İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndə vəzifələrindən geri çağırılıb. 2023-cü ildə o, Çinə səfir göndərilib. Onun yerinə isə Əli Fikrət oğlu Əlizadə təyin edilib. Rəsmi sənədlərdə geri çağırılma səbəbi göstərilməyib.


Murad Nəcəfbəyli - Estoniya
Murad Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən 12 fevral 2021-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla geri çağırılıb. 2023-cü il Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib.


Oqtay Qurbanov - Mərakeş Krallığı
Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən 18 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla geri çağırılıb. Hazırda yeni vəzifəsi barədə məlumat yoxdur.


Məmməd Əhmədzadə - İtaliya, San Marino və Malta Respublikası
18 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın İtaliya, San Marino və Malta Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu (IFAD) yanında daimi nümayəndə vəzifələrindən geri çağırılıb.

Daha sonra, 20 dekabr 2024-cü il tarixində Prezidentin digər sərəncamı ilə Məmməd Əhmədzadə Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.


Anar İmanov - Vyetnam
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən 18 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla geri çağırılıb. Eyni tarixdə, Prezidentin digər sərəncamı ilə Anar İmanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.


Fəxrəddin Qurbanov - Xorvatiya
Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən 18 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla geri çağırılıb. Fəxrəddin Qurbanov peşəkar diplomatdır və diplomatik karyerası ərzində bir sıra mühüm vəzifələrdə çalışıb. O, 2004–2007-ci illərdə Azərbaycanın Kanadadakı səfiri və eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) yanında daimi nümayəndəsi olub. 2007–2014-cü illərdə isə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri vəzifəsini icra edib. Bu müddət ərzində o, eyni zamanda İrlandiya, İslandiya və Danimarka Krallığında da səfir kimi fəaliyyət göstərib. Xorvatiyadakı səfir vəzifəsindən geri çağırıldıqdan sonra Fəxrəddin Qurbanovun yeni təyinatı və ya fəaliyyəti barədə rəsmi məlumat mövcud deyil.


Həsən Zeynalov - Türkmənistan
2023-cü ilin avqustunda Həsən Sultan oğlu Zeynalov Türkmənistanda səfir vəzifəsindən geri çağırılıb. Rəsmi sənədlərdə geri çağırılma səbəbi göstərilməyib. Hazırda yeni təyinatı barədə məlumat yoxdur.


Əşrəf Şıxəliyev – Hindistan, Şri-Lanka, Maldiv, Nepal, Banqladeş, Butan
2023-cü ilin oktyabrında Əşrəf Fərhad oğlu Şıxəliyev Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Rəsmi sənədlərdə geri çağırılma səbəbi göstərilməyib. 6 fevral 2024-cü il tarixdən Azərbaycan Respublikası Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiridir.


Nəsir Məmmədov - İraq
202З-сü ildə İraqda səfir təyin olunan Nəsir Natiq oğlu Məmmədov 2024-cü ilin dekabrında vəzifəsindən geri çağırılıb. Hazırda yeni təyinatı barədə məlumat yoxdur. Rəsmi sənədlərdə geri çağırılma səbəbi göstərilməsə də, sabiq səfirin adı 3 milyonluq korrupsiya əməlində hallanıb. Nadir Hüseynovun adı daha əvvəllərdən viza alverinə qarışıb. O, 2020-ci ilin sentyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb. Qeyd edək ki, Nəsir Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini Natiq Məmmədovun oğludur. O, Milli Məclisin Komitə sədri Hicran Hüseynovanın kürəkənidir.


Adış Məmmədov - Çexiya
2024-cü ilin dekabrında Adış Sakit oğlu Məmmədov Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Eyni zamanda, sərəncamla o, Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Rəsmi sənədlərdə geri çağırılma səbəbləri göstərilməyib.


Cəlal Mirzəyev - İndoneziya və ASEAN
2024-cü ilin dekabrında Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Onun yerinə Ramil Əbil oğlu Rzayev İndoneziyada səfir təyin edilib. Rəsmi sənədlərdə geri çağırılma səbəbi göstərilməyib. Hazırda yeni təyinatı barədə məlumat yoxdur.


Yaşar Əliyev - BMT
2024-cü ilin dekabrında Yaşar Teymur oğlu Əliyev BMT yanında daimi nümayəndə vəzifəsindən geri çağırılıb. Daha sonra o, Çexiyadakı səfir vəzifəsinə təyin edilib. Onun yerinə isə Tofiq Fuad oğlu Musayev təyin edilib. Rəsmi sənədlərdə geri çağırılma səbəbi göstərilməyib.


Mahir Əliyev - Qətər
2024-cü ilin dekabrında Mahir Məmməd oğlu Əliyev Qətərdəki səfir vəzifəsindən geri çağırılıb, onun yerinə Adış Sakit oğlu Məmmədov təyin edilib. Rəsmi sənədlərdə geri çağırılma səbəbləri göstərilməyib. Hazırda yeni təyinatı barədə məlumat yoxdur. O, daha öncə Azərbaycanın Suriya (2008-2014), Livanda (2008-2014), Əlcəzair (2015-2019), Tunis (2016-2019), BƏƏ (2019-2022) səfirləri vəzifələrində çalışıb. Qeyd edək ki, vəzifədən azad edilmədən öncə diplomatın adı korrupsiya əməlində hallanıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar