Ru
16:11 / 28 Noyabr 2024

VHP bələdiyyə seçkilərində iştirak edəcək

VHP bələdiyyə seçkilərində iştirak edəcək
Eye

Vətəndaş Həmrəyliyi Partiyası 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək.

Bu barədə Bakupost.az -a VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.

O qeyd edib ki, artıq partiyanin bələdiyyə seçkiləri seçki qərargahı fəaliyyətə başlayıb:

"VHP-nin səlahiyyətlə nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndəsi təsdiq edilib. Yaxın günlərdə seçkilərdə iştirakla bağlı müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına, ardınca isə bələdiyyələr üzrə namizədlərin müvafiq sənədləri seçki dairələrinə təqdim ediləcək".

Qeyd edək ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar