Ru
18:17 / 30 Mart 2025

VHP Naxçıvan MR təşkilatı Zəngəzur dəhluzi ilə bağlı müzakirə aparıb

VHP Naxçıvan MR təşkilatı Zəngəzur dəhluzi ilə bağlı müzakirə aparıb
Eye

Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı məclisi növbəti yığıncağını keçirilib.

Ramazan bayramı münasibətilə məclis
üzvlərini təbrik edən MR təşkilatının sədri Abdulla Abdullayev dünyada, ölkədə və muxtar respublikada baş verən ictimai-siyasi olaylar, Zəngəzur dəhlizinin açılması ilə bağlı mövcud durum, Ermənistanla aparılan sülh danışıqları barədə geniş məruzə ilə çıxış edib.

A.Abdullayev çıxışında siyasi proseslərdə VHP-nin mövqeyi, muxtar respublika təşkilatının və partiyanın fəaliyyəti haqda məclis üzvlərinə məlumat verib.
Daha sonra məclis üzvlərindən Naxçıvan şəhər təşkilatının sədri Mətanət Hacıqızı, Kəngərli rayon təşkilatının sədri Pünhan Bağırzadə çıxış edərək müzakirə edilən məsələlərə münasibət bildiriblər.
Sonda muxtar respublika təşkilatı Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayıb, bunun bölgənin iqtisadi inkişafı və gələcəyi üçün önəmli olduğunu bildirib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar