Ru
16:50 / 01 İyul 2024

VHP sənədlərini MSK-ya təqdim etdi

1138
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası 100-ə yaxın səlahiyyətli nümayəndənin siyahısını təsdiqləyib.

Bu barədə Bakupost.az -a VHP-dən bildirilib.

Qeyd olunub ki, VHP sədri Sabir Rüstəmxanlının sərəncamı ilə partiyanın seçki qərargahı yaradılıb, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli seçki qərargahının rəhbəri təyin edilib.

VHP seçki seçki qərargahının rəhbəri S.Əsədlinin bildirdiyinə görə, səlahiyyətli nümayəndələrin siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim edilib:

“Siyahı MSK tərəfindən təsdiq olunandan sonra səlahiyyətli nümayəndələr dairə seçki komissiyalarına namizədlərimizin sənədlərini təqdim edəcəklər. Partiyanın Siyasi Şurasında namizədlər və dairələr üzrə müzakirələr aparılır. Yaxın günlərdə VHP namizədləri ilə bağlı yekun qərar veriləcək”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər