Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:08 / 05 Noyabr 2024

Videooyunların dəhşətli fəsadları: "Onlar psixiatra müraciət etməlidir"

3237
Son illər ölkədə videooyunlara aludə olan uşaq və yeniyetmələrin sayı xeyli artıb. Bu gün demək olar ki, uşaqların çoxu gününün 2-4 saatını oyun oynamaqla keçirir. Bu da onların real aləmdən uşaqlaşıb virtual aləmə bağlanmasına, özünə qapanmasına səbəb olur.

Mütəxəssislər hesab edir ki, videooyunlardan asılılıq insanlarda fiziki aktivliyi azaldır, onları real həyatdan, cəmiyyətdən uzaqlaşdırır, aqressivliyə, davranış pozğunluğuna gətirib çıxarır.

Videooyunlara alüdəçilik həmçinin yeniyetmələrdə fikir dağınıqlığına, dərslərə marağın azalmasına da səbəb olur.

Müəllim Sədaqət Həsənova deyir ki, bu gün məktəbyaşlı uşaqların çoxunda fikir dağınıqlığı, yaddaş zəifliyi, dərslərə marağın azalması kimi hallar müşahidə olunur. Bunun bir səbəbi də onların videooyunlar oynamasıdır:

“Kompüter oyunları uşaq və yeniyetmələrin gündəlik həyatına əhəmiyyətli dərəcədə təsir edir və asılılıq yaradır. Uşaqların çoxunda oyundan əl çəkə bilməmək, daim oyun haqqında düşünmək, həyatın digər aspektləri ilə müqayisədə oyuna üstünlük vermək, bir-biri ilə söhbət edən zaman ancaq oyundan danışmaq kimi hallar müşahidə edilir. Fikiri dağınıq, cəmiyyətdən uzaqlaşıb, evdə oturub ancaq oyun oynamaq istəyənlərin sayı az deyil və təssüflər olsun ki, günü-gündən də artmaqdadır. Valideynlər bəzən uşaqları sərbəst, nəzarətsiz buraxırlar. Onlar da bu fürsətdən istifadə edib telefon və ya kompyuterdə müxtəlif oyunlar oynayırlar. Bu yaxşı hal deyil və qarşısı alınmalıdır".

Z.Həsənova qeyd edib ki, valideynlər uşaqlarını bu zərərli vərdişdən mümkün qədər uzaq tutmalıdırlar:

"Onlara izah olunmalıdır ki, oyun oynadıqları vaxtları idman etmək, yeni hobbi ilə məşğul olmaq və ya dostları ilə vaxt keçirmək kimi fəaliyyətlərlə doldura bilərlər. Əgər insan təkbaşına buna nail ola bilmirsə, psixoloq və ya psixiatrdan dəstək ala bilər. Oyun aludəçiliyinin altında yatan psixoloji səbəblərin müəyyən edilməsi və ona uyğun müalicənin aparılması vacibdir”.

Psixoloq Vəfa Əkbərin sözlərinə görə, uşaq və yeniyetmələrin videooyun asılılığı son dönəmlərin ən böyük psixoloji problemlərindən biridir:

“Oyun aludəçisi olan insanlarda davranış pozğunluğu, reallığı qəbul etməmə problemi olur. Belə şəxslər kritik yanaşma ilə yanaşı öz davranışlarında da idarəetməni itirirlər. Onlarda aktivlik azalır, yuxu, qida problemi yaranır. Ya çox yeyir ya da qidadan tamamilə imtina edirlər. Beləliklə, psixoloji və fiziki asılılıq başlayır. Bu asılılıq nikotin, narkotik və alkoqoldan asılılığa bənzəyir. Baxmayaraq ki, burada heç bir kimyəvi təsir yoxdur. Bu, psixoloji asılılıqdır. Bir müdət bu asılılıq o həddə çatır ki, uşaqlar artıq videooyunlara 2-3 saat, bəzən isə daha artıq vaxt ayırır. Real dünyadan uzaqlaşıb sırf virtual həyata qapanma onlarn inkişafına, həyata marağının azalmasına səbəb olur.

Tədricən uşaqların davranışlarında emosional gərginlik, neqativ reaksiyalar müşahidə edilir. Yüksək səslə danışırlar, valideynlərinə qarşı kobud davranış nümayiş etdirərək aqresiv olurlar. Onlar dərslərə, oxumağa maraq göstərmir, özünü ifadə etməkdə çətinlik çəkirlər. Əhval-ruhiyyəsi tez-tez dəyişir. Ən ağır, klinik asılılıq zamanı isə yetiyetmə vaxtının 16-18 saatını videooyun oynamaqla keçirir”.

Psixoloq bildirib ki, uşaqları oyun asılılığından qurtarmaq üçün valideynlər tərəfindən lazımi tədbirlər görülməlidir:

"Valideyn çalışmalıdır ki, şiddət göstərmədən, incitmədən övladını oyun asılılığından xilas etsin. Vaxtında qarşısı alınmasa və videooyunlardan asılılıq hallı daha da dərinləşsə, bu zaman psixoloq xidmətindən istifadə qaçılmaq olacaq".

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar