Norveçin Bergen Universitet Muzeyindən olan arxeoloqlar ölkənin qərb sahilində vikinqlər dövrünə aid qəbir yerlərində qeyri-adi artefaktlar aşkar ediblər. Tapıntılar eramızın 800-cü illərinin əvvəllərinə, yəni vikinqlər dövrünə aid edilir.
Bakupost.az xəbər verir ki, bu barədə ScienceNorway (SciNor) portalı məlumat yayıb.
Komanda üç qadına aid olan məzar yerlərini araşdırıb. Onların içərisində saş sancağı, şüşə muncuqlar, sikkələr və naxışlı daşlar olub. Zinət əşyalarının bəziləri İrlandiya, İngiltərə və Frank İmperiyasından gətirilib.
Alimlərin fikrincə, əşyalar onların sahibələrinin, ehtimal ki, Norveçdən olmadığını, uzaq yerlərdən gələrək yerli icmanın vikinqləri ilə evləndiyini göstərir.
Tədqiqatçılar qeyd ediblər ki, məzarların bəzədilməsi sahibələrinin yüksək statusundan xəbər verir.
Məzarların birində dörd metr uzunluğunda daşlardan düzəldilmiş qayıq tapılıb. Daş qayığın içərisində həmçinin yun üçün qayçı, ip əyirmə darağı, əyirici, toxuma bıçağı və tunc açar tapılıb. Bu əşyalar göstərir ki, onların sahibi ailə başçısı olub və vikinqlər cəmiyyətində nüfuzlu iş sayılan toxuculuqla məşğul olub.
Lalə, BakuPost