Ru
15:55 / 19 Sentyabr 2024

Viktoria Sekretsin keçmiş modeli xərçəng oldu

1140
Məşhur model agentliyinin eks modelinə xərçəng diaqnozu qoyulub.

Bakupost.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.

İtalyan supermodel Byanka Balti onda yumurtalıq xərçəngi aşkarlandığını etiraf edib.

“Məndə qarının altında ağrılar olurdu, ötən bazar təcili yardıma getdim və müayinələr 3-cü dərəcə yumurtalıq xərçəngini təsdiq etdi”.

40 yaşlı model əməliyyat olunacaq. O, uşaqları, ailəsi və sevənləri xətrinə xəstəliyə qalib gələcəyinə inanır.
Model bu xəbəri gözlədiyini də gizlətməyib. 2022-ci ildə o, genetik analiz etdirərək BRCA1 genini daşıdığını və gələcəkdə süd vəzi xərçəngi və ya yumurtalıq xərçəngi ola biləcəyini öyrənib. Bundan sonra model süd vəzilərini profilaktik məqsədlə aldırıb.

Amma yumurtalıqlar hələ sağlam görünürdü. Cəmi 2 il ərzində xərçəng yaranaraq, 3-cü dərəcəyə çatıb.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar