Voronej vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus azı beş pilotsuz uçuş aparatı vurulub.
Bakupost.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev özünün Telegram kanalında məlumat verib.
Moskva vaxtı ilə saat 21:03-də dərc olunan hesabatda deyilir: “Voronej vilayətinin üç rayonunda növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən ən azı beş PUA aşkar edilərək məhv edilib".
İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. Qusev əlavə edib ki, bölgə hələ də pilotsuz təyyarələrin hücumu riski altındadır.
Bundan bir qədər əvvəl Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin iki saat ərzində ölkə ərazisi üzərində 7 Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirmişdi. Agentliyin məlumatına görə, üç pilotsuz təyyarə Voronej vilayətində, ikisi Belqorod vilayətində, daha ikisi isə Qara dəniz üzərində, Krım yaxınlığında məhv edilib.
Zaur,BakuPost