Ru
23:05 / 24 Yanvar 2025

Vuçiç: Putinlə danışıb problemi yoluna qoyacağıq

Vuçiç: Putinlə danışıb problemi yoluna qoyacağıq
911

Serbiya prezidenti Aleksandr Vuçiç dövlət başçısı postunu tutduqca Belqradın Moskvaya qarşı sanksiyalara qoşulmayacağını bildirib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, o, həmçinin Serbiyanın Rusiya ilə həmişə qardaşlıq münasibətlərini qoruyacağına əminliyini ifadə edib.

"Bilirsiniz, nə qədər ki, mən Serbiyanın prezidentiyəm, nə Rusiya Federasiyasına, nə də digər dostlarımıza qarşı sanksiyalar tətbiq etməyəcəyəm. Biz Avropa yolundayıq, amma tezliklə Rusiya prezidenti ilə danışacam ki, bu problemi - NIS şirkətinə (Serbiya neft şirkəti) sanksiyaların tətbiqini və digər məsələləri necə yoluna qoya bilərik. Serbiya üçün ən yaxşı həll yolu tapacağıq və biz həmişə Çin, Rusiya və bütün ölkələrlə qardaşlıq və dostluq münasibətlərini qoruyacağıq. Bu, çoxlarının məhv etmək istədiyi şeydir, lakin biz buna icazə verə bilmərik. Çünki bu dostluq Serbiyanın gücüdür", - deyə Vuçiç Serbiyanın Yaqodina şəhərində vətəndaşlar qarşısında çıxışı zamanı vurğulayıb.

Daha əvvəl dövlət başçısı qeyd edib ki, o, Belqradın Ukrayna münaqişəsi, o cümlədən Qərbin anti-Rusiya sanksiyaları rejiminə qoşulmaqdan imtina etməsi ilə bağlı sarsılmaz mövqeyi ilə fəxr edir.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar