Ru
11:42 / 05 Dekabr 2024

Vüqar Həşimovun valideynlərinin vəziyyəti AÇIQLANDI

Vüqar Həşimovun valideynlərinin vəziyyəti AÇIQLANDI
Eye

Novxanıda dekabrın 3-də evdə partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Bakupost.az -a bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə olunan şəxsin vəziyyəti hazırda ağır-stabildir: ”Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir”.

Bundan baqaş, Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin isə (qadın cinsli) müalicəsi Reanimasiya şöbəsində aparılıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Aidə Həşimova və Qasım Həşimov olduğu açıqlanıb

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar