Ru
16:38 / 10 Oktyabr 2024

Vüqar Qurbanov onu işdən azad etdi

920
Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Əli Hüseynov vəzifəsindən azad olunub.

Bakupost.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Əli Abbas oğlu Hüseynov 2020-ci ilin noyabrından xəstəxananın direktoru vəzifəsində çalışırdı. O, 1991-2019-cu illərdə Ağsu RMX-da baş həkimin müavini, 2019-2020-ci illərdə isə direktorun müavini vəzifəsində işləyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar