Ru
23:34 / 07 Sentyabr 2024

Vyetnamda dəhşətli qasırğa: 4 nəfər öldü - VİDEO

2939
Vyetnamda baş verən “Yaqi” qasırğası nəticəsində azı 4 nəfər ölüb, 78 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yerli meteoroloqların sözlərinə görə, bu, son on ildə regionda baş verən ən güclü qasırğadır.

Qasırğa Vyetnamın Hayfonq və Kuanq Nin əyalətlərini vurub. Orada küləyin sürəti 149 km/saata çatıb.

Bir neçə rayonda elektrik enerjisi kəsilib. Sakinlər daşqın təhlükəsi ilə əlaqədar təxliyə edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar