Vyetnamın mərkəzində "Trami" tropik qasırğasının səbəb olduğu daşqınlar nəticəsində azı 12 nəfər ölüb.
Bakupost.az xəbər verir ki, bu barədə "VnExpress" xəbər portalı məlumat yayıb.
Trami qasırğası nəticəsində yaranan daşqınlara görə "Quang Binh" əyalətinin 12 sakini həlak olub, daha 7 nəfər yaralanıb, 34 minə yaxın ev su altında qalıb və 5 balıqçı qayığı batıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, daşqın 790 hektardan çox kənd təsərrüfatı bitkilərini, 700 hektardan çox balıq təsərrüfatlarını məhv edib, 500 baş mal-qara və 70 min ev quşunun tələf olmasına səbəb olub. Yollara, dəniz kənarlarına və sahil infrastrukturuna da ciddi ziyan dəydiyi bildirilir.
Yusif,
BakuPost