Ru
11:38 / 28 Noyabr 2024

"Whatsapp"dakı bu özəllik "İnstagram"a da gəldi

"Whatsapp"dakı bu özəllik "İnstagram"a da gəldi
Eye

İnstaqram sosial şəbəkəsində yenilik edilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq sosial şəbəkənin mesaj bölümündə canlı məkan paylaşmaq mümküdür.

Bildirilib ki, bu özəllik sadəcə bəzi ölkələrdə keçərlidir. Lakin həmin ölkələrin adları açıqlanmayıb.

Yeniliyə görə, canlı məkan paylaşımı bir saata qədər aktiv olacaq. Bir saat tamamlandıqda isə canlı məkan paylaşımı sonlanacaq.

Canlı məkan paylaşımını istər tək, istərsə də qrup yazışmalarında istifadə etmək mümkündür. Lakin bunu yalnız paylaşdığınız insanlar görür, onlar başqa şəxslərə göndərə bilməzlər.

Eyni zamanda platformaya 17 yeni stiker paketi və DM-lər üçün 300-dən çox yeni stiker təqdim edilib. Bundan başqa, burada özünüz də yeni stikerlər yarada bilərsiniz.

Özünüzə və dostlarınıza ləqəblər təyin etməklə DM-ləri fərdiləşdirmək də mümkün olacaq. İstifadəçi adınız isə instaqramın başqa heç bir yerində dəyişməyəcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar