Ru
16:30 / 23 Sentyabr 2024

"Wildberries"in təsisçisi soyadını dəyişdi

621
Rusiyanın məşhur onlayn ticarət şəbəkəsi "Wildberries"in qadın sahibi Tatyana Bakalçuk öz soyadını dəyişərək, ərinin soyadından çıxıb.

Bakupost.az xəbər verir ki, o, artıq sosial şəbəkələrdə adının yanına Kim soyadını qeyd edib.

Sahibkar dəyişikliyə belə rəy yazıb: “Ən yaxşı seçim – özün kimi qalmaqdır. Həmişə sizin Tatyana Kim”.

Xatırladaq ki, Tatyana 30 iyulda əri Vladislav Bakalçukdan rəsmi boşanmaq üçün ərizə vermişdi.

Ötən həftə isə şəbəkənin Moskva ofisinə silahlı basqında onun əri, şəbəkənin eks qurucularından biri Vladislav Bakalçuk ittiham edilir.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar