Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:25 / 21 Oktyabr 2024

Xabi Alonso "Bayer"i tərk edəcək

759
Almaniyanın “Bayer 04” kollektivinin baş məşqçisi Xabi Alonso cari mövsümün sonu komandanı tərk edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə "Sky Sports"un jurnalisti Florian Plettenberq sosial şəbəkə hesabında bildirib.

42 yaşlı mütəxəssisin postundan gedişindən sonra onun əvəzinə “Ştutqart”ın baş məşqçisi Sebastyan Höness və ya Almaniya yığmasını çalışdıran Yulian Naqqelsmanın köməkçisi Sandro Vaqner gələ bilər.

Qeyd edək ki, Xabi Alonso 2022-ci ildən "Bayer 04" klubunun baş məşqçisidir. Onun rəhbərliyi altında leverkuzenlilər Almaniya Bundesliqasının 2023/2024 mövsümünün və ölkə kubokunun qalibi olublar. UEFA Avropa Liqasının finalında "Atalanta"ya uduzaraq, qitənin ikinci dərəcəli klub turnirinin gümüş medallarına sahib çıxıblar.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar