Ru
15:26 / 21 Noyabr 2024

Xaçmazda ağır qəza: Bir azyaşlı öldü, üç nəfər yaralandı - FOTO

Xaçmazda ağır qəza: Bir azyaşlı öldü, üç nəfər yaralandı - FOTO
Eye

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Opel" markalı minik avtomobili hərəkətdə olan "Ford" markalı yük avtomobilinə çırpılaraq onu hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinin yoluna atıb.


Nəticədə 1 nəfər azyaşlı ölüb, 3 nəfər isə yaralanıblar. Yaralılar Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.





Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar