Ru
22:19 / 27 Sentyabr 2024

Xaçmazda sakinlərin həyatı təhlükə altındadır - VİDEO

1557
Xaçmazın şəhid Rəhim İmamov küçəsində keçid olmadığına görə sakinlər dəmir yolundan keçmək məcburiyyətində qalırlar.

Ərazidə yaşayan sakinlər bildirirlər ki, əvvəl burada körpü olub və uzun illər oradan istifadə ediblər. Lakin bir müddət əvvəl körpü qəzalı vəziyyətə düşərək uçub. Ancaq o vaxtdan dəfələrlə müraciət olunsa da, körpü bərpa edilməyib. Sakinlər körpünün olmaması səbəbindən təhlükəli dəmiryol xəttinin üzərindən keçməyə məcbur olurlar.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən dəmiryol körpüsünün kənarı ilə çəpərləmə aparılması planlaşdırılıb. Həmçinin piyadaların təhlükəsiz keçidi üçün pilləkənin quraşdırılması nəzərdə tutulub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar