Ru
16:18 / 26 Fevral 2025

"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq

"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
1049

Saatlı rayon Təhsil Şöbəsinin keçmiş müdiri Şamil Nurəliyevin də adının hallandığı cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Şamil Nurəliyevin dostu ondan oğlunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) işə düzəldilməsini istəyib.

Şamil Nuriyev Faiq adlı dostu olduğunu və onun bu məsələni həll edə biləcəyini deyib. O, zərərçəkmiş şəxsi dostu ilə görüşdürüb. Faiq işi həll edəcəyini bildirməklə yanaşı, bunun üçün 9000 manat lazım olduğunu deyib. O, zərəçəkmişdən ilkin olaraq 5000 manat, daha sonra isə 1000 manat alıb.

Faiq zərərəçəkmişi inandırıb ki, xalası oğlu deputatdır, ona görə də işin düzələcəyinə arxayın olsun. Lakin sonradan məlum olub ki, o, yalan danışır.

Hüquq-mühafizə orqanlarına şikayətdən sonra Səbail Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayə işi başlanıb və Faiq barəsində axtarış elan edilib.

Nəhayət o, Mingəçevir şəhərində saxlanılaraq Səbail Rayon Polis İdarəsinə təhvil edilib. İstintaqın gedişində Faiq əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilib.

Cinayət işinin məhkəmə istintaqı Səbail Rayon Məhkəməsində aparılıb. Hakim Şəhla Süleymanovanın çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Şamil Nurəliyev iş üzrə şahid qismində tanınsa da, zərəçəkmiş məhkəmədə onun da günahkar olduğunu iddia edib. Bunun da səbəbi Şamil Nurəliyevin zərərçəkmişə "Faiq pulu verməzsə, mən verəcəm" deməsi olub. Zərəçəkmiş şəxs bildirib ki, Şamil Nurəliyev belə bir vəd versə də, pulu qaytarılmayıb.

Şamil Nurəliyev 2001-2015-ci illərdə Saatlı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar