Ru
15:20 / 26 Oktyabr 2024

Xalq artisti Şahlar Quliyev dəfn olundu - YENİLƏNİB

Xalq artisti Şahlar Quliyev dəfn olundu - YENİLƏNİB
2820

09.45

Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib.


Bakupost.az modern.az-ıa istinadla xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E. Quliyevanın sinfi) bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub.

Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edib. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən ifa olunub.

2005-ci ildə Azərbaycan Xalq Artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsüdür.

***
Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyev dəfn olunub.

Bakupost.az Təzə Pir məscidində keçirilən vida mərasimindən sonra mərhumun nəşi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar