Kolumbiyalı ulduz futbolçu Xames Rodrigesin "Rayo Valyecano" macərası qısa müddətli olacaq.
Bakupost.az xəbər verir ki, 33 yaşlı futbolçunun ötən yay imzaladığı müqaviləni pozacağı iddia edilib.
Bundan əvvəl "Real Madrid" və "Bavariya" da çıxış edən Xames ötən yay transfer olduğu klubla yolları ayırır.
Futbol eksperti Fabrizio Romanonun dediyinə görə, komanda rəsmiləri müqaviləni ləğv etmək üçün Rodriges ilə danışıqları davam etdirir.
33 yaşlı futbolçu ötən yay 1 qol və 6 məhsuldar ötürmə ilə Kolumbiyanın Amerika Kuboku 2024-də finala yüksəlməsinə böyük töhfə vermiş və karyerasında dönüş yaratmağı bacarmışdı.
Elgün, BakuPost