İspaniya La Liqasında çıxış edən "Rayo Valyekano"dan ayrılan Xames Rodrigesin yeni komandası bəlli olub.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, "Klub Leon"dan verilən açıqlamada təcrübəli futbolçu ilə müqavilə imzalandığı bildirilib.
Bu mövsümün əvvəlində "San-Paulu"dan ayrılaraq "Rayo Valyekano" ilə müqavilə imzalayan Rodriges cəmi 7 oyunda meydana çıxıb və bu oyunalarda nə qol vura, nə də assistlim edə bilib.
33 yaşlı futbolçu karyerasında "Olimpiakos", "Əl-Rayyan", "Everton", "Real Madrid", "Bavariya", "Monako", "Porto", "Banfild" və "Enviqado"nun formalarını da geyinib.
Elgün, BakuPost