Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuradan istefa verib.
Bu barədə
Bakupost.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, o, öz istəyi ilə bu gün İctimai Şuradan istefa verib.
“Mən bundan əvvəl də təşkil edilən Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü olmuşam. Bu dəfəki seçkidə də düşündüm ki, mədəniyyətə xidmət edən, mədəniyyət paytaxtımız Şuşanın rəmzlərindən biri sayılan Xan Şuşinskininn adını daşıyan fondun rəhbəri olaraq şurada iştirakımla mədəniyyətimizə bacardığım qədər töhfə verə bilərəm. Bu gün seçkilərlə bağlı yayılan şayiələr məni çox məyus edir”, - Xalq artisti istefa ərizəsində qeyd edib.
Xatırladaq ki, Xalq artisti Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyevanın bir neçə gün öncə Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzv seçilməsi barəbə xəbər vermişdik.
Allah Xan Şuşinskiyə rəhmət eləsin, Bəyimxanım Verdiyevaya da can sağlığı arzulayıram...məni maraqlandıran xanımın Xalq Artisti olmasıdır və hansı sahədə, belə ki, mən onu nə müğənni, nə aktrisa, nə bəstəkar və ümumiyyətlə hansı sənət sahibi olmasını bilmirəm...