Ru
18:31 / 21 Sentyabr 2024

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

1255
Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimlinin oğlu gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi baş tutur.

Mərasim Xankəndi şəhərində yerləşən restoranlardan birində keçiriləcək.

Qeyd edək Kərimlilər ailəsi Şuşa şəhərində yaşayırlar. Bəy, gəlin və onların ailə mərasimi keçirilən zala gəlməzdən öncə Şuşa şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, sonra Cıdır düzündə gəzintiyə çıxıblar. Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzəcək və toy keçiriləcək restorana gedəcəklər.
Xankəndidə illər sonra ilk toy - FOTOLAR
Xankəndidə illər sonra ilk toy - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar